AZ

Politoloq: "İran Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsində maraqlıdır"

İran Ermənistanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini bir daha təsdiqləyir. Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır. 

Bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani mətbuata açıqlamasında bildirib. Sobhani deyib ki, İran sənəddə problem görmür: “Ermənistan hakimiyyəti bizə açıq şəkildə bildirdi ki, ABŞ və Ermənistan arasında bu yaxınlarda imzalanmış sənəd İran-Ermənistan münasibətlərinə qarşı yönəlməyib və İran-Ermənistan münasibətlərinə və İranın maraqlarına xələl gətirəcək heç bir addım atmayacaqlarını vurğulayıblar”.

Bununla bağlı politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlama verib. 

O qeyd edib ki, İran Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin irəliləməsini istəmir:

“Zəngəzur dəhlizi ilə bağlı Nikol Paşinyan yaxın günlərdə müsbət açıqlamalar vermişdi. İran bundan narahatdır. İran ümumiyyətlə Zəngəzur dəhlizinin Ermənistan üzərindən deyil, öz ərazisindən keçməyini və nəqliyyat yollarına özünün nəzarət etməsini planlayır. İran Ermənistanı blokada da saxlamaq istəyir. Halbuki ABŞ Ermənistan strateji tərəfdaşlıq sazişi məhz İranın əleyhinədir, amma İran bunu öz əleyhinə görmək istəmir. Yəni, İranın tamamilə fəaliyyəti antiAzərbaycan, antitürk siyasəti üzərində qurulub. İran Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsində maraqlıdır. Yəni, bu dövlət özünü İslam dövlət adlandırsa da, İslam dini ilə yaxından uzaqdan əlaqəsi olmayan bir ölkədir”. 

Politoloq əlavə edib ki, bu dövlətin başında oturanlar tamamilə İslamdan kənardır, regionda terrorizmi dəstəkləyir:

“Göründüyü kimi, Ermənistanın Baş naziri özü Azərbaycanla sülhə can atmağa çalışır, dəhlizin açılmasını istəyir. İran rejimi öz terrorçu əməllərindən geri addım atmır. İran yenə də paniranizm siyasətini davam etdirir. Yəni, bu ölkə ilə normal qonşuluq əlaqələri qurmaq göründüyü kimi mümkün deyil. Yəni, bunlar Azərbaycan müstəqilliyini, regionda müstəqil siyasət aparmasına, regionda Ermənistanla Azərbaycan arasında sülhün təmin olunmasına qarışdır. Halbuki, bütün proseslər İranın əleyhinə işləyəcək”.

Leyla Turan
Demokrat.az
Seçilən
32
demokrat.az

1Mənbələr