AZ

Lenin mavzoleyi iki aylıq bağlanacaq

Moskvada Qırmızı meydanda yerləşən Lenin mavzoleyi təxminən iki ay müddətinə profilaktik işlər üçün bağlanacaq.

Bu barədə Rusiya Federal Mühafizə Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

\"Vladimir İliç Leninin mavzoleyinə və Kreml divarı yanındakı nekropola bu il fevralın 18-dən aprelin 14-dək profilaktik işlərin aparılması ilə əlaqədar ziyarətçilərin girişinə icazə verilməyəcək\", - məlumatda bildirilib.

Mavzoleydə planlı profilaktik işlər təxminən iki ildən bir aparılır, lakin onların təfərrüatları adətən açıqlanmır. Bu cür işlər xüsusilə 2017, 2019, 2022, 2023-cü illərdə aparılıb.

Mavzoley 1924-cü ildə, Leninin ölümündən qısa vaxt sonra açılıb.
 
///report
Seçilən
6
7
azxeber.com

8Mənbələr