Bu gün Bakı şəhər Suraxanı rayon Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi olub.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə qəsəbədəki məktəblərdən birinin yaxınlığında baş verib.1973-cü il təvəllüdlü G.Həmidovaya kəsici alətlə xəsarət yetirilib.Hadisəni törətməkdə şübhəli bilinən, G.Həmidovanın keçmiş həyat yoldaşı 56 yaşlı Ə.Atakişiyev Suraxanı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.Bildirilir ki, hadisə G.Həmidova işlədiyi məktəbdən çıxıb evə gedərkən baş verib. O, həmin məktəbdə xadimə işləyir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta