AZ

Ağdamda qeyri-yaşayış binalarının tikintisi üçün 5 milyon manat ayrılacaq

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti tikinti-quraşdırma işləri aparacaq.

Valyuta.az xəbər verir ki, Bərpa,Tikinti və İdarəetmə Xidməti bununla bağlı tender elan edib.

Tender Ağdam rayonunun Sarıcalı kəndində tikintisi nəzərdə tutulan qeyri-yaşayış binalarının tikinti-quraşdırma işlərini əhatə edəcək.

Satınalma müsabiqəsi martın 11-nə qədər davam bitəcək. 

Satınalma predmetinin ehtimal olunan qiyməti 5 milyon 144 min 546 manatdır.

Maya Hüseynova

Seçilən
14
valyuta.az

1Mənbələr