AZ

Bakı-Quba yolunda 20 yaşlı oğlanı maşın vurdu

Bakı-Quba yolunda piyadanın ağır xəsarət alması ilə nəticələnən qəza baş verib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik leytinantı Mübariz Ağayev APA-ya bildirib ki, hadisə Bakı-Quba yolunun 28-ci kilometrində qeydə alınıb. Şirvan şəhər sakini Cavid Mirzəyevin idarə etdiyi “Toyota” markalı avtomobil yolun piyadalar üçün nəzərdə tutulmayan hssəsindən keçən 2005-ci il təvəllüdlü Ceyranbatan qəsəbə sakini Rəvan Rüstəmovu vurub. Piyada ağır xəsarətlər alaraq Sumqayıt şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, piyadanın vəziyyəti ağır qiymətləndirilir.

Son Yazılar:

M. Ağatev qeyd edib kİ, BDYPİ piyadaları onların rahatlığı üçün nəzərdə tutulmuş piyada keçidlərindən istifadə edərək, həm özlərinin həm də sürücülərin həyatlarını təhlükəyə atmamaq üçün müraciət edib.

Bakı-Quba yolunda 20 yaşlı oğlanı maşın vurub

Seçilən
15
8
viral.az

9Mənbələr