Polşanın Byelsko-Byala şəhərində karate (WKF / idman karatesi) üzrə yeniyetmə, gənclər və U-21 yaş kateqoriyaları üzrə 52-ci Avropa çempionatının xatirə medalı Azərbaycanın yeniyetmə və gənclərdən ibarət baş məşqçisi Anar Allahverdiyevə təqdim olunub.


Rekord.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.


Azərbaycan millisi Polşada 3 medal qazanıb. Ələddin Məlikov (16-17 yaş, 68 kq) gümüş, Vüsal Qənbərov (14-15 yaş, 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş, 57 kq) isə bürünc medala yiyələnib.