AZ

Yeni bələdiyyə sədri cərimələndi: Xəbərim olmayıb

Oğuz rayon Sincan Bələdiyyəsinin sədri Sərxan Zahidov barəsində cərimə protokolu tərtib edilib. 

Valyuta.az-ın məlumatına görə, bələdiyyə sədri Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 549.2 ilə (İdarəçilik Qaydalari Əleyhinə Olan İnzibati Xətalar) protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

O, məhkəmədə bildirib ki, əvvəllər iclas protokolları 5 iş günü ərzində göndərilməli idi.

Sonradan dəyişiklik edilərək həmin müddət 3 gün müddətinə azaldılıb. Lakin o yeni bələdiyyə sədri olduğundan həmin dəyişiklikdən xəbəri olmayıb.

Məhkəmənin qərarı ilə, S.Zahidov 400 manat məbləğində inzibati cərimə edilib.

Sabiq İsbəndərli

Seçilən
12
valyuta.az

1Mənbələr