Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlıya şiddət göstərməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli APA-ya bildirib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.
Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
Qeyd edək ki, hadisə baş verən özəl uşaq bağçasının Nizami rayonu ərazisində yerləşdiyi bildirilir.