AZ

"Bu futbolçularla istədiyimiz nəticəni əldə edərik” - Elmar Baxşıyev

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 22-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, o, evdə 0:0 hesablı heç-heçə etdikləri görüşlə bağlı bunları söyləyib:

“Ağır oyun alındı. Hər iki komanda mübarizə apardı. Çoxlu epizodlara girdik. Sadəcə dəyərləndirə bilmədik. Yolumuza davam edirik. Çalışıb daha da artığını etməliyik ki, qarşıdakı matçlarda istədiyimiz nəticələrə gəlib çataq.
Ramon Maçado önəmli oyunçumuz olduğundan hücumlar daha çox onun üzərində qurulur. Optimist olmalıyıq. Hər futbolçu onu layiqincə əvəzləməyə hazırdır. Əyyub Allaşa gəldikdə, 2 gündür bizə qoşulub. Ona da vaxt lazımdır.
Hər iki cəbhədə oynamağa çalışacağıq. Futbolçularıma güvənirəm, inanıram. Bu futbolçularla da istədiyimiz nəticəni əldə edərik”.

Seçilən
7
2
fanat.az

3Mənbələr