AZ

İspaniya Qəzzaya 12 ton humanitar yardım göndərdi

İspaniyanın xarici işlər naziri Jose Manuel Albares Madriddəki Barajas hava limanında jurnalistlərə verdiyi açıqlamada, "Qəzzada fələstinlilərin ağır humanitar vəziyyətini yüngülləşdirmək üçün hazırlanmış sağlamlıq və sığınacaq materiallarının olduğu 60 paletdə 12 ton humanitar yardımın" Qəzzaya çatdırılmaq üçün bu gün İordaniyaya göndəriləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən İspaniya Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi (AECID) vasitəsilə hazırlanan humanitar yardım materiallarının İordaniyadakı İspan Qırmızı Xaç qruplarına çatdırılacağını ifadə edən Albares 3 min nəfərlik bir yardım göndərdiklərini bildirdi.

ABŞ prezidenti Donald Trampın Qəzzanı "ələ keçirmə" və fələstinliləri "zorla köçürmə" planına reaksiyalarını təkrarlayan Albares, "Qəzzafələstinlilərinin torpağıdır və onlar Qəzzada olmalıdır. Göndərdiyimiz humanitar yardım Qəzza zolağındakı fələstinlilərin öz həyatlarını xilas etmələri və həyatlarını yenidən başlatmaları üçündür" dedi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
7
turkustan.az

1Mənbələr