AZ

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Balakən Gömrük İdarəsinin təşəbbüsü ilə Zaqatala rayonunda yerləşən Heydər Əliyev Mərkəzində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

Tədbir zamanı gömrük sistemində tətbiq edilən yeniliklər, “Gömrük-Biznes Forumu 2024”də təqdim olunan “İkipilləli Buraxılış Sistemi”, “İlkin Məlumatlandırmada Daşıyıcıların Qeydiyyatı” və “Rəqəmsal Gömrük Dəyəri” layihələri ilə bağlı ətaflı məlumat verilib, onların əhəmiyyətindən və faydalarından bəhs edilib.

Görüşdə biznes subyektlərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Seçilən
8
xalqqazeti.az

1Mənbələr