AZ

“Tramp İrana qarşı oyun qurur” — Pezeşkian

“ABŞ lideri Donald Tramp İranla danışıqlara başlamaq istəyindən danışır, lakin digər tərəfdən də, ona qarşı yeni oyunlar hazırlayır”.

Yeniavaz.com IRIB telekanalına istinadla xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İslam İnqilabının qələbəsinin 46-cı ildönümünə həsr olunmuş bayram tədbirləri zamanı deyib.

“Tramp İranla danışıqlara hazır olduğunu deyir. Eyni zamanda, o, getdikcə daha çox anti-İran fərman imzalayır. ABŞ İranı diz çökdürmək barədə ancaq xəyal qura bilər”, - Pezeşkian bildirib.
İran prezidentinin sözlərinə görə, İslam Respublikası xalqın köməyi ilə dost olmayan ölkələrin qurduğu bütün oyunların həyata keçirilməsinin qarşısını ala biləcək. 

Qeyd edək ki, fevralın 4-də Tramp ABŞ-nin İrana maksimum təzyiqini bərpa etmək üçün fərman imzalayıb. Bu, xüsusilə Vaşinqtonun İran neftinin ixracını azaltmağa yönəlmiş səyləri gücləndirməsini təmin edir.

Seçilən
5
1
demokrat.az

2Mənbələr