AZ

19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbərliyi Şamaxıda şəhid ailələrinin yaşadığı növbəti küçələri asfaltladı - Video/Foto » AzadMedia.az


Şamaxı şəhərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində olan 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbərliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan oğulların adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsinin daim yaşadılması, ailələrinə diqqət və qayğı göstərilməsi, eyni zamanda yol problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi xüsusi diqqətdə saxlanılır.

Azadmedia.az xəbər verir ki, bu tədbirlər çərçivəsində Vətən uğrunda gedən savaşın qəhrəmanları, torpaqlarımızın düşmən tapdağından azad olunmasında şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Şəhid Rüstəmov Rövşən Orxan oğlunun yaşadığı küçə, Vətən müharibəsi qəhrəmanı Raqif İzrayilovun və ailə üzvlərinin yaşadığı Şamaxı şəhəri Aşıq Məmmədağa küçəsinə asfalt örtüyü salınıb.

Belə ki, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə, həmçinin qazilərə yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsi olmuşdur. Vətən müharibəsi qəhrəmanı Raqif İzrayilovun ailəsi və Şəhid Rüstəmov Rövşən Orxan oğlunun yaxınları göstərilən xüsusi diqqətə görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev, I vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, AAYDA İdarə heyətinin sədri Saleh Məmmədova,
19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbəri Nazim Eynallı və kollektivinə dərin minnətdarlıqlarını bildiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Seçilən
7
1
azadmedia.az

2Mənbələr