Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 22-ci tura bu gün start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Şamaxı-2” – “Sumqayıt-2” oyununda qonaqlar darmadağına seviniblər.
“Sabah”ın ikinci komandası isə “Turan Tovuz”un əvəzediciləri ilə ev oyununda 5 cavabsız qolla qalib gəlib.
22-ci turun qalan görüşləri fevralın 11-də və 12-də keçiriləcək.
Əvəzedicilər Liqası
22-ci tur
10 fevral
“Şamaxı-2” – “Sumqayıt-2” 1:4
Qollar: Murad Vəliyev, 28 – Uğur Cahangirov, 23. Sənan Muradlı, 52. Əjdər Hacılı, 77. Nihad Orucəli, 83.
Hakimlər: Elvin Bayramov, Zöhrab Abbasov, Aydın Baxşıyev, İslam Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.
“Sabah-2” – “Turan Tovuz-2” 5:0
Qollar: Ramil Nuraxmedov, 19. İlkin Cəfərli, 38. Şahin İbrahimov, 61; 79. Amir Qəribov, 74.
Hakimlər: Fərid Hacıyev, Teymur Teymurov, Orxan İbişov, Niyaz Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bakı. “ASK Arena”, 15:00.
11 fevral
“Araz-Naxçıvan-2” – “Kəpəz-2”
Hakimlər: Cavid Cəlilov, Cəmil Quliyev, Kərim Zeynalov, Səbuhi Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 14:00.
“Zirə-2” – “Neftçi-2”
Hakimlər: Əli Əliyev, Tərlan Talıbzadə, Sevda Nuriyeva, Sənan Bayramzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı. “ASK Arena”, 15:00.
12 fevral
“Qarabağ-2” – “Səbail-2”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Azersun Arena”, 15:00.