AZ

"Qalatasaray" polşalı futbolçu ilə anlaşıb

Türkiyənin "Qalatasaray" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Korrespondent.az klubun rəsmi saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Fransanın "Lans" komandasından polşalı yarımmüdafiəçi Pşemıslav Frankovskini icarəyə götürüb. 30 yaşlı oyunçu ilə müqavilənin detalları açıqlanmayıb.

Təcrübəli futbolçu "Qalatasaray"la sözləşmə imzalamaq üçün İstanbula gəlir.

Seçilən
27
15
korrespondent.az

10Mənbələr