AZ

"Azadlıq " və "Amerikanın səsi" radiolarının bağlanmasına ilk dəstək ondan gəldi

Qırğızıstan Prezidenti Sadır Japarov milyarder İlon Maskın "Azadlıq " və "Amerikanın Səsi" radiolarını bağlamaq təklifini dəstəklədiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Japarov yerli mediaya müsahibəsində bildirib ki, Donald Tramp və İlon Mask milyarderdir və pulun göydən düşmədiyini çox gözəl başa düşürlər.

"Onlar mənasız pul israfını dayandırmaq istəyirlər. Tamamilə doğru olanı edirlər. İndi 21-ci əsrdir. İstənilən məlumat beş dəqiqə ərzində dünyaya yayılır. İnsanlar 20-30 il əvvəl "Azadlığ"a qulaq asırdılar, çünki internet o qədər də inkişaf etməmişdi. İndi insanların "Azadlıq" xəbərlərinə ehtiyacı yoxdur", - deyə prezidentbildirib.deyib.

O, həmçinin qeyd edib ki, insanlar artıq məlumatları təhlil etməyi öyrəniblər və yalanın harada, həqiqətin harada olduğunu müəyyən edə bilirlər.

"Məsələn, "Azadlıq" kimisə gözdən salmaq üçün yalan məlumat yayanda insanlar analiz etməyə başlayırlar. Yalan üzə çıxanda isə "niyə yalan məlumat yayırsan?” deyə soruşurlar, “bağışlayın” deyib, saytdan çıxarırlar", - deyə Japarov fikrini yekunlaşdırıb. 

Seçilən
3
1
bakivaxti.az

2Mənbələr