AZ

“İki kəlmə deyərəm, abrınız olsa, ölərsiniz”

“İnsan həyatda özünə ailə, övlad və xoş həyat arzulayır. Sən mənim başqa sözlərimi gündəm elə. Mahnılarımı yeni çıxanlar oxuyur. Onlara nəsə deyirəm? Oxusun, amma Mətanət kimi oxumayacaqlar. Sən başqa mövzuya toxun. Arzusunda olunan şeyi niyə gündəm edirsən? Elə bilirsən, mənə xoş gəlir? Mən efirdə, xəlvətə çəkilib arzusunda olduğum şeyi danışanda ağlamışam. Sən görürsən, bu mənim həssas yerimdir. Gülüş mənbəyinə çevirməlisən onu? Sonra məni görəndə “həyatım”, “sənətkarım” deyirsən. Elə bilirsən yadımdan çıxır?”

Ölkə.Az xəbər verir ki, bu sözləri Mətanət Əsədova “Pərvizə görə” verilişində deyib.

Müğənni onu parodiya edən həmkarlarını tənqid edib:

“Söhbət müğənnilərdən gedir. Məni bir kənara qoy, Allahdan qorxmursan? Bilmirsən, onu səndən ayrı cür çıxardacaq. Mən Mətanət Əsədova olaraq heç kimə daş, söz atmadım, şəxsi həyatına burnumu soxmadım, heç kimin nəyinsə əlindən almadım, kiminsə dərdini əlimdə bayraq tutub yarasını qopartmadım, onun ürəyini sancmadım, Siz kim olmusunuz? Kimsiniz? Nə boydasınız, hara qədərsiniz? Bir keçmişinizə baxın. Sizə elə gəlir ki, pul sizin ayıbınızı örtüb. Pul sizin ayıbınızı örtməyəcək. İtsəyirsiniz göyə çıxın, istəyirsiniz yerdə qalın. Mətanət sizin “ulğurunuzu-tulğurunuzu” tanıyır ki, siz kimsiniz. Çıxaram efirdə iki kəlmə söz danışaram. Abrınız olsa, orada ölərsiniz. Ağzınızı yumun, sakit oturun. Nə qədər ki, dinmirəm. Heç biriniz qarşımda dayana bilməzsiniz. Mətanət əsəbiləşməsin, vulkan püskürər. Allah düşmənimə də əsəbi sifətimi göstərməsin, hər şeyin öz yeri var. Biz ailəmzidən çox incəsənbət adamları ilə vaxt keçiririk. Gəlin, elə edək ki, can deyib, can eşidək. Əgər bu, içinizdən gəlmirsə, sancmağınızı da, yersiz hərəkətlərinizi də kənara qoyun. Nə yaşınız yaşımdır, nə başınız başımdır. Nə sənətiniz, nə də şəxsiyyətiniz mənə uyğun deyil. Hamı bilir ki, kim kimdir, nə var, nə yox. Demrəm, süddən çıxmış qaşığam. Mən də ailə qurmuşam, haradasa səhvlərim olub. Amma siz özünüzə çəki-düzən verin. Böyük-kiçik yeri bilin. Mən özümdən böyük sənətkarın yanında o əyləşməsə, əyləşmirəm. Demirəm, sən bunu etməlisən. Etmə. Heç olmasa hərəkətinə, danışığına fikir ver. Bir-iki bayram səndən böyüyəm. Sənəti demirəm hələ... Mən açıq oyundan xoşum gəlir, məndən zəhlən gedir? Özümə de. Əgər məndən xoşun gəlir, həzm edə bilmirsənsə... Şəxsiyyət kimi, sənətkar kimi səndən artığam. Heç kimsən qabağımda. Sübut etmişəm, sənətimlə təpənizə o qədər vurmuşam ki.., Dayan da. Nə xəbərdir? Qabaq gözləyirdik ki, 80-90 yaşa qədər yaşayırdılar. İndi 50-dən o yana keçirsənsə, şükür et. Azərbaycan incəsənətindən kimlər getdi. Bunu görmürsünüz? Toyda, bəd gündə bir-birimizin başının üstünü alırıq. Elə edin ki, orada olaq. Axı mən sizə elə deyiləm. Kənardan baxan bizə rişxənd edir. Əgər bu günə qədər başqa sənətin nümayəndəsi sizin adınızı yanımda çəksə, bir dəqiqə orada oturmaram. Siz isə o söhbətlərə qarışmısınız. Onlar masadan durmadan mənə zəng gəlir, telefonda danışdıqlarını eşidirəm. Onlarda o sifət olub ki, bu günə gəliblər. Mən yenə də sizi çox istəyirəm. Yeganə insanam ki, özümdən başqa heç kimə pislik etməmişəm. İncəsənət aləmindən bir xanım dedi ki, görürsən, hər yerdə sənin sözünü təkrarlayırlar, başa düşməlisən ki, onların ana xəttisən”.

Seçilən
10
olke.az

1Mənbələr