AZ

İllər sonra qardaşının həmin qızlarla yayılan VİDEOsundan danışdı

Müğənni Ramal İsrafilov qardaşı Valeh İsrafilovun illər əvvəl yayılan qeyri-etik videosundan danışıb. 

Milli.Az xəbər verir ki, sənətçi bu haqda "Günaydın, Azərbaycan!" verilişində bəhs edib. O bildirib ki, Valehin həmin videosundan sonra valideynlərinin səhhətində problem yaranıb:

"Valideynlərin hissləri ilə oynayırlar. Bir hadisə oldu, Valehin, Mələkxanımın (Xalq artisti, bibisi Mələkxanım Eyubova - red.) adı hallandı. Bu başqa bir insanın sifarişi ilə olan bir şey idi. O şeyləri bağlayaq. Hər dəfə biz bir paylaşım edəndə altından bunu yazırlar. Həmişə evdən çıxanda atam deyirdi, ağac bar verdikcə başını aşağı əyər. Harasa gedəndə deyirlər, balaca qardaşının filan videosu yayılmışdı. Kim olsaydı çıxıb danışardı. Başımız qarışdı valideynlərimizə: atam da, anam da şəkər oldu.  İnsan ətrafa baxanda, bir bəyə, xanıma baxanda ailəsini görməlidir. Biz harasa gedəndə başımızı aşağı salıb məclis idarə edirik".

Qeyd edək ki, bir neçə il əvvəl sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb. Üç qızın lüt rəqs edərkən çəkilən videonu yayanlar arasında Valeh İsrafilov da yer alıb.  /Axşam.az 

Milli.Az

Seçilən
5095
8
milli.az

9Mənbələr