AZ

“Sevindirici haldır ki, ABŞ-nin yeni administrasiyası da ...” — RƏY

“Azərbaycana qarşı aparılan o həmin yalan kampaniyaların arxasında USAİD-in durduğu bəlli idi. Azərbaycan bu məsələ barədə öz mövqeyini bildirib”.

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

Millət vəkili qeyd edib ki, əvvəlki dövrdə də müşahidələr onu göstərirdi ki, bu təşkilat burada bu cür işlər və kampaniyalarla məşğuldur:

“Yəni, bu, Azərbaycana ciddi şəkildə məlum idi. Bunu müşahidə edirdik. Bu son məlumat bir daha onu təsdiq edib ki, həqiqətən də Azərbaycana qarşı aparılan çirkin kampaniyaların arxasında, jurnalistlərin maliyyələşdirilməsində, media strukturlarına vəsaitin ayrılmasında bu qurum iştirak edir. Yəni, əslində, əsas hədəf və məqsəd isə Azərbaycanda yekun olaraq hakimiyyət çevrilişinə nail olmaq idi. Bu gün Azərbaycan dövləti bu istiqamətdə səmərəli bir fəaliyyət ortaya qoydu. Sevindirici haldır ki, ABŞ-nın yeni administrasiyası da bu kimi məsələlərin qarşısını almaq üçün real addımlar atır. Çünki bu təşkilat təkcə bizim ölkə üçün yox, digər dövlətlər üçün də problem yaratmaqla məşğul idi. Çox sevindiricidir ki, artıq bu məsələ ilə bağlı yekdil bir yanaşma, baxış var. Hesab edirik ki, bu məsələ önəmli və vacibdir”.

Leyla Turan
Demokrat.az
Seçilən
14
demokrat.az

1Mənbələr