AZ

2029-cu ilə qədər İİV-ə yoluxma halları altı dəfə arta bilər

Amerika Birləşmiş Ştatları maliyyə dəstəyini dayandırarsa, 2029-cu ilə qədər insanın immun çatışmazlığı virusuna yoluxma halları 6 dəfə arta bilər. 

Demokrat.az xəbər verir ki bu barədə Birləşmiş Millətlər Təşkilatının İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) baş direktoru Vinni Byanyima məlumat verib. 

O bildirib ki, Amerika hökuməti fikrini dəyişməsə və liderliyini qorumasa, bu milyonlarla insanın həyatı bahasına başa gələcək. 

O, yeni HİV-ə yoluxmaların sayının 2029-cu ilə qədər 8,7 milyona çata biləcəyini söyləyib. 

Vinni Byanyima ABŞ prezidenti Donald Tramp administrasiyasından AİDS-in ən çox ziyan vurduğu Afrika ölkələrində maliyyəni birdən-birə dayandırmamağı xahiş edib.

Yanvar ayında ABŞ dövlət katibi Marko Rubio əksər xarici yardım proqramlarının dayandırılması barədə göstəriş verib.


Əfsanə Kamal
Demokrat.az
Seçilən
13
2
demokrat.az

3Mənbələr