AZ

Ərdoğandan Trampın Qəzza planına SƏRT REAKSİYA: “Qova bilməyəcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı planlarına ilk dəfə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Ərdoğan bu təkliflərin İsrail lobbisinin təzyiqi altında irəli sürüldüyünü vurğulayaraq, onların müzakirəyə dəymədiyini qeyd edib.

“ABŞ-ın yeni administrasiyası tərəfindən Qəzzaya qarşı İsrail lobbisinin təzyiqi ilə gündəmə gətirilən təklifləri müzakirə etməyə dəyməz. Heç kim Qəzza sakinlərini vətənlərindən qova bilməyəcək. Bu təkliflərin heç bir dəyəri yoxdur”, – deyə Türkiyə lideri vurğulayıb.

Aysu İbrahimova,
KONKRET.az

Seçilən
7
konkret.az

1Mənbələr