AZ

TikTok-da buna da ƏL ATDILAR: Qadınların şəkli ilə... - DİN işə başladı

"TikTok"da səhifələrdən birinin insanların şəkillərindən istifadə edərək izləyici cəlb etdiyi iddia edilir.

Avtosfer.az xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov yazıb.

"TikTokda belə bir səhifə var. İnsanların sosial şəbəkələrdən foto və videolarını götürürlər. Üzərinə “iki ayın gəlinini başqa kişi ilə tutdular” başlığı ilə paylaşırlar. Videonun bioda olduğunu deyərək Teleqrama yönəldilir. Teleqramda belə videolar yoxdur. TikTok lap nəzarətdən çıxıb. İnsanların şərəf və ləyaqətini alçatmaq bu qədər asan olmamalıdır", - deyə o qeyd edib.

Ölkə.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə sorğu ünvanlayıb. Qurumdan saytımıza bildirilib ki, məsələ ilə bağlı hazırda ərazi polis orqanında təhqiqat araşdırması aparılır.

Seçilən
1
1
avtosfer.az

2Mənbələr