AZ

İtaliyada müdafiə nazirinin səsindən istifadə olunaraq dələduzluq edilib

Bakı. Trend:

İtaliyada süni intellekt vasitəsilə müdafiə naziri QuidoKrosettonun adından və səsindən istifadə olunaraq ölkənin aparıcıiş adamlarını hədəf alan dələduzluq edilib.

Trend xəbərverir ki, fırıldaqçılar nazirin səsini süni intellektlə təqlidedərək 10-dək iş adamını aldatmağa çalışıblar.

Belə ki, bir generalın adından həmin iş adamlarına nazirliyinstasionar telefonundan zənglər edilib. Daha sonra nazirin adındanistifadə olunaraq İranda və Suriya saxlanılan jurnalistlərin azadedilməsi üçün vəsait toplandığı bildirilib, bu vəsaitin daha sonraMərkəzi Bank vasitəsilə iş adamlarına geri qaytarılacağıbildirilib.

Fırıldaqçıların hədəf aldıqları iş adamları arasında məşhur modabrendi “Armani”nin sahibi Giorgio Armani, moda nəhəngi “Prada”nınbaş icraçı direktoru Patrizio Bertelli, “İnter” futbol klubununsabiq prezidenti Massimo Morattinin və digər biznesmenlərin olduğubildirilib. Massimo Moratti fırıldaqçılara indiyədək ümumilikdətəxminən 1 milyon avro göndərdiyini deyib.

Müdafiə naziri Quido Krosetto məsələ ilə bağlı prokurorluğaşikayət edəcəyini bildirib və sosial media hesablarında onunadından istifadə edərək dələduzluq olunduğu barədə xəbərdarlıqyayıb. Milan prokurorluğu məsələ ilə bağlı araşdırmalarabaşlayıb.

Seçilən
5
8
az.trend.az

10Mənbələr