AZ

Pişiyini tərk edən qadın həbs olundu - FOTO

Yaponiyada bir ay mənzildə tək qalan pişik ayaqyolundakı su sayəsində xilas olub.Bakupost.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.Hadisə 2024-cü ilin yayında Osaka şəhərində baş verib. Yerli heyvanların rifahı təşkilatı “Animal Rescue Tanpopo” avqust ayında pişiyi dəhşətli vəziyyətdə tapıb. Mənzildə döşəməyə səpələnmiş spirtli içki şüşələri və hazır yemək qablaşdırmaları olub. Təşkilatın könüllüsü pişiyi ayaqyolunun yanında pişiyi tapıb. Qadın əvvəlcə heyvanın sağ qalmadığını düşünsə də, taqətdən düşmüş pişiyin huşunu itirdiyi məlum olub. Onu baytarlıq klinikasına aparıblar. Orada həkimlər pişiyi sağaldıblar. Məlum olub ki, o, evdə bir həftə qalıb, tapdığı yemək qırıntılarını yeyib və ayaqyolundan su içib.Onun keçmiş sahibi tapılaraq heyvanlara qarşı amansızlıqda şübhəli bilinərək həbs edilib. Qadın pişiyi iyul ayında tərk etdiyini etiraf edib. Könüllülər və baytarlar pişiyin bədənində onun döyüldüyünü göstərən izlər aşkarlayıblar. Pişiyin də aqressiv davrandığı məlum olub. Zoopsixoloqlar bunu qorxudan yaranan müdafiə reaksiyası kimi şərh ediblər.Pişiyə "Möcüzə" adı verilib. Reabilitasiya və vərdişləri düzəldikdən sonra onun üçün yeni bir sahib tapılacaq.

Seçilən
20
1
turanpress.com

2Mənbələr