"Beşiktaş" heyətini yeni oyunçu ilə gücləndirir.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi kolumbiyalı futbolçu Elan Rikardo ilə anlaşdığını açıqlayıb.
20 yaşlı yarımmüdafiəçi sabah İstanbula yollanacaq.
Rikardo bu mövsüm yetirməsi olduğu "La Ekidad"ln (Kolumbiya) heyətində 3 rəsmi matçda 1 qol vurub.
Qeyd edək ki, "Beşiktaş" ötən gün daha bir gənc oyunçunu heyətinə cəlb etdiyini açıqlamışdı. Bu, 19 yaşlı ekvadorlu yarımmüdafiəçi Kenni Arroyodur.
Bizim.Media