AZ

Sabirabadda yol qəzası olub, xəsarət alan var - FOTO

Sabirabadda yol qəzası baş verib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Şirvan-Sabirabad magistralında qeydə alınıb. “Mercedes” markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə “Mercedes”də olan İmişli sakini, 1975-ci il təvəllüdlü Abbasov Anar Gürşad oğlu xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

SabirabaddaSabirabadda

Sabirabadda

Seçilən
1
5
avtosfer.az

6Mənbələr