Şamaxıda 27 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
Şamaxı şəhər Qədirli küçəsində yaşayan 1998-ci il təvəllüdlü Məmmədova Ləman İnqilab qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
L. Məmmədova Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.