AZ

ÜST koronavirusun dünyada yayılma təhlükəsi barədə xəbərdarlıq edib

SARS-CoV-2 koronavirusunun insanlar və heyvanlar arasında yayılması yeni virusların yaranması təhlükəsini yaradır. 

Demokrat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir. 

Hesabatda bildirilir ki, COVID-19-un qlobal ictimai sağlamlıq riski yüksək olaraq qalır. 

ÜST qeyd edib ki, SARS-CoV-2-yə qarşı sürü toxunulmazlığı hazırda əhəmiyyətli dərəcədə artıb. 


Əfsanə Kamal
Demokrat.az
Seçilən
27
demokrat.az

1Mənbələr