AZ

Şəhriyar Məmmədyarov və Gülnar Məmmədova üstünlük qazanıb - FOTO

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsində start verilib.

İdman.biz xəbər verir ki, kişilərin və qadınların mübarizəsində ilk partiyalar yekunlaşıb.

Çempionatın favoritləri Rauf Məmmədovla Teymur Rəcəbov görüşündə heç-heçə qeydə alınıb. Qələbə qazanan Şəhriyar Məmmədyarov ikinci oyun öncəsi böyük üstünlük qazanıb.

Avropa çempionu Ülviyyə Fətəliyeva ilk partiyada Gövhər Beydullayeva ilə sülhə nail olub. Digər görüşdə isə Günay Məmmədzadə Gülnar Məmmədovaya uduzub.

Azərbaycan çempionatı
Yarımfinal mərhələsi
Kişilər

Şəhriyar Məmmədyarov - Misrətdin İskəndərov - 1:0
Rauf Məmmədov - Teymur Rəcəbov - 0,5:0,5

Qadınlar
Günay Məmmədzadə - Gülnar Məmmədova - 0:1
Ülviyyə Fətəliyeva - Gövhər Beydullayeva - 0,5:0,5

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

İdman.biz

Seçilən
5
idman.biz

1Mənbələr