AZ

HƏMAS yeni girovlar qrupunun azad edilməsini təxirə saldı

Fələstinin radikal HƏMAS hərəkatı İsrailin atəşkəs razılaşmasını pozması səbəbindən Qəzza zolağında saxlanılan və fevralın 15-də evlərinə dönməli olan yeni girovlar qrupunun azad edilməsi prosesini təxirə salıb.

Turkustan.az xəbər verir ki, bu açıqlama ilə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşmasının nümayəndəsi Əbu Ubeydə çıxış edib.

"Son üç həftə ərzində biz düşmən tərəfindən sövdələşmənin şərtlərinin mütəmadi olaraq pozulmasının şahidi olduq. Bununla əlaqədar biz fevralın 15-də azad edilməli olan məhbusların azad edilməsini növbəti bildirişə qədər təxirə salmaq qərarına gəldik. İsrail müqavilənin müddəalarına əməl etməli və dəymiş ziyanı geriyə qaytarmalıdır"-deyə, o Telegram-da yazıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
5
4
turkustan.az

2Mənbələr