AZ

Goranboy və Qobustanda ağır yol qəzaları baş verib VİDEO

Goranboyda 2 minik maşınının toqquşması ilə ağır yol qəzası baş verib. Qəza nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. 

Xezerxeber.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi gecə saatlarında rayonun Zeyvə kəndi ərazisində qeydə alınıb.  

Avtomobillər zərbənin təsirindən deformasiyaya uğrayıb. Sürüclərdən biri - 22 yaşlı Məmməd Bayramov hadisə yerində dünyasını dəyişib, 1 qadın, 5 kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəza zamanı dünyasını dəyişən gənc ailənin yeganə oğlan övladı olub, onun nişanlı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qobustanda da ölümlə nəticələnən qəza baş verib.

Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişin, sürücünün anası - 54 yaşlı Ramidə Mahmudova hadisə yerində ölüb. Avtomobilin sürücüsü - 32 yaşlı Əli Mahmudov və onun həyat yoldaşı Ramilə Mahmudova isə xəsarət alıblar. Onlar Qobustan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Hadisə ilə bağlı araşdırma aparılır.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
26
xezerxeber.az

1Mənbələr