AZ

Avropa Ermənistan üzərindən Rusiyaya qarşı ikinci cəbhəni açır- İrəvan ciddi təhdid altındadır

Image

Qərbdə müəyyən qüvvələrin Ermənistan vasitəsilə Rusiyaya qarşı Cənubi Qafqazda ikinci cəbhə açmaq cəhdləri heç kimə sirr deyil. Əvvəl bu prosesdə ABŞ da fəal iştirak edirdi. Amma Amerikada yeni hakimiyyət formalaşdıqdan sonra Vaşinqtonun məsələyə yanaşmasında dəyişikliklər qeydə alınır. Lakin eyni sözü Avropa barəsində demək mümkün deyil.

Hazırda Cənubi Qafqazda, xüsusilə də Gürcüstan və Ermənistanda müşahidə olunan siyasi gərginlikdə Qərbin izləri açıq-aydın görünür. Gürcüstan hökuməti gec də olsa başa düşdü ki, ölkənin milli maraqlarının qorunması, xaricdən təklif olunan bütün dəyərlərdən, prinsiplərdən daha vacibdir.  Ermənistanda vəziyyət fərqliir və Qərb də bundan istifadə etməyə can atır. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin “İzvestiya” qəzetinə müsahibəsində dedikləri də bu ehtimalı gücləndirir. O bildirib ki, Moskva Qərbin Cənubi Qafqazdakı xəttini tamamilə destruktiv hesab edir: “Qərbin Cənubi Qafqaz siyasəti regionda vəziyyətin sabitləşməsinə deyil, Moskva üçün əlavə təhdidlərin yaradılmasına yönəlib. Qərb dairələri bu regiondan Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün istifadə etməyə çalışır və bəzi hallarda hətta ayrı-ayrı ölkələri ona qarşı ikinci cəbhə açmağa inandırmağa cəhd göstərir”. Diplomat İrəvanın Aİ ilə yaxınlaşmaına Rusiya – Ermənistan münasibətləri kontekstində şərh verib: “Biz həm ictimai şəkildə, həm də erməni dostlarımızla dialoqda aydın şəkildə bildirmişik ki, Avrasiya İqtisadi İttifaqında və Avropa İttifaqında eyni zamanda üzvlük mümkün deyil, çünki bu, gömrük standartları, texniki, sanitar və fitosanitar standartlar, malların markalanması və sertifikatlaşdırılması və hətta əqli mülkiyyət məsələlərinə müxtəlif yanaşmaları olan iki uyğun olmayan tənzimləyici sistemdir. Bunlar tamamilə fərqli sistemlərdir və onlarda eyni zamanda olmaq sadəcə mümkün deyil. Ermənistanla Avropa İttifaqı arasında yaxınlaşma naminə müxtəlif layihələr, o cümlədən vizasız rejim üzrə danışıqların başlanması ilə bağlı   məsələyə gəlincə, bəli, belə danışıqlar başlanıb. Görürük ki, Avropa İttifaqı burada da özünə sadiqdir, çünki vizasız münasibətlər planında hər hansı vədlər vermədən və ciddi qərarlar qəbul etmədən artıq Ermənistandan siyasi loyallıq və Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edir. Və bütün bunlar Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyünün Aİİ ilə ticarətin artması və Aİİ məkanından Ermənistana investisiyaların artması şəklində ona hiss olunan və əhəmiyyətli uzunmüddətli faydalar gətirdiyi bir şəraitdə baş verir”.

Onun sözlərinə görə, İrəvanın siyasi-iqtisadi vektorunun dəyişməsi ölkənin ÜDM-nə də təsir göstərəcək: “Ermənistanla Aİİ üzrə tərəfdaşları arasında ticarət dövriyyəsinin həcmi təxminən 13 milyard dollar təşkil edir və ötən il 53 % artıb, Avropa İttifaqı ilə ticarət həcmi isə həmin ildə 2 milyard dolları bir qədər keçib və 24 % azalıb. Yəni hətta bu Ermənistan statistikası rəqəmlərindən Ermənistanın və onun xalqının indiki iqtisadi rifahının mənbələrinin harada olduğu görünür.Paradiqmanın kəskin dəyişməsi və Avropa İttifaqı meydançasına keçid bizim fikrimizcə, qaçılmaz olaraq həm ÜDM-in düşməsi, həm də Ermənistan biznesinə, iqtisadiyyatına və sadə Ermənistan vətəndaşlarının həyat səviyyəsinə ciddi zərbələrlə müşayiət olunacaq. Ermənistan siyasətçiləri bəzən erməni cəmiyyətində Aİ-yə qoşulmağın lehinə əhval-ruhiyyənin olduğunu deyirlər. Yəqin ki, belə əhval-ruhiyyə var, lakin hesab edirik ki, öz ölkəsinin gələcəyini Avrasiya ailəsində və Avrasiya inteqrasiyası çərçivəsində görən Ermənistan vətəndaşlarının əhval-ruhiyyəsi də eyni dərəcədə diqqətə layiqdir”. Rusiya ilə belə çəkişmələr Ermənistanın gücünə, mövqeyinə uyğun deyil. Çox böyük ehtimalla İrəvan bu barədə direktivləri Qərbdən, o cümlədən Fransadan alır. Bu gün Qərb Ermənistan vasitəsilə Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır. Kreml isə bunu başa düşdüyünə görə mümkün qədər soyuqqanlı davranır. Məsələ ondadır ki, Ermənistanın qıcıqlandırıcı ritorikası Rusiyanın bu dövlətə müdaxiləsi ilə nəticələnə bilər. Ehtimal olunan bu ssenari nəticəsində ən çox ziyan çəkən Ermənistan olacaq. Ölkə ərazisi faktiki olaraq poliqona çevriləcək. Ermənistanın gücü Ukraynanın potensialından dəfələrlə azdır. Ona görə bu, versiyanın reallaşması Ermənistana baha başa gələcək. Rusiyanın adekvat reaksiyasının yeganə təzahürü Ermənistan ərazisinə hərbi müdaxilə deyil. Bu ölkədəki 102-ci hərbi baza özü Ermənistanda mövcud hakimiyyəti üçün ciddi təhdid mənbəyidir. Bununla belə  İrəvan Təhlükəsizlik Tədqiqat Mərkəzinin prezidenti Areq Koçinyan qeyd edir ki, Ermənistanın Rusiyadan asılılığı ən yüksək həddədir və bundan yaxa qurtarmaq lazımdır. Erməni politoloq hesab edir ki, ən böyük strateji asılılıq Ermənistanın həm də ən böyük səhvidir və bunu da düzəltmək gərəkdir: “Rusiyanın yerini Qərb və digər tərəfdaşlar tutmalıdır. Ermənilər artıq Rusiyanı tərəfdaş kimi görmür və onu satqın hesab edirlər”. Beləliklə, Ermənistan öz tarixinin gərgin günlərini yaşayır. Belə gedişlə bu ölkədən əsər-əalmət qalmaya bilər.

Nahid SALAYEV





Seçilən
45
50
baki-xeber.com

10Mənbələr