AZ

Rusiyadakı səfirimiz qubernatorla görüşdü

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev ilə Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin arasında görüş keçirilib.

Görüş Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Baş tutub.

Görüşdə Azərbaycanla Rusiyanın Həştərxan vilayəti arasında ticarət-iqtisadi və sənaye əməkdaşlığının intensivləşdirilməsi, mədəni, təhsil və gənclər arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Səfir Rəhman Mustafayev Həştərxan vilayətinin Azərbaycana hədiyyəsi olaraq işğaldan azad edilmiş Qubadlı rayonunda uşaq bağçasının tikintisi təşəbbüsünə görə qubernatora təşəkkürünü bildirib.

Vurğulanıb ki, 80 yerlik bu məktəbəqədər təhsil müəssisəsinin tikintisi ənənəvi rus üslubunda layihələndirilib və cari ilin may-iyun aylarında başa çatdırılacaq.

Seçilən
7
2
aznews.az

6Mənbələr