AZ

Öz qəbrini qazdı, gecə orada yatır: Vəsiyyətini etdi

Amasyanın Suluova rayonundan olan 78 yaşlı vətəndaş heç kimə problem yaratmamaq üçün ölməzdən əvvəl məzarını qazıb. Gecələr öz məzarına gəlib orada yatan, kürəklə yer qazaraq dəfninə hazırlaşan qoca görənləri təəccübləndirir.

 Lent.az xarici mediaya istinadla bildirir ki, Suluova rayonunun Salucu kəndində həyat yoldaşı ilə yaşayan və təsərrüfat işləri ilə məşğul olan 78 yaşlı Ahmet Karabela öz məzarını qazıb. Qəbrini xüsusi hazırlayan Ahmet Karabela onun ölümündən sonra meyitxanaya qoyulmamasını və muhtarın onu yumasını istəyib.Heç kimə əziyyət verməmək üçün qəbrimi özüm qazdım. Beş uşaq atası olan Karabela yağışdan təsirlənməsin deyə neylon və dam parçaları ilə örtdüyü qəbrin yanına gələrək deyib: "Heç əziyyət olmasın deyə öz qəbrimi qazmışam. Allah qismət edərsə, məni burada dəfn etsinlər". 150 təsərrüfatlı kənddə birinin ölümü minarədən elan edildikdən sonra qəbir qazma işinə başçılıq etməsi ilə tanınan Karabela əavə edib: "Hər kişi belə qəbir qaza bilməz. Allah mənə güc verib. Gecələr qəbrimə gəlib orada yatıram. Çünki bura mənim yerimdir". Kənndə qazılan bütün qəbirlərdə əməyi var Kənd muxtarı Yusuf Taşova Ahmetin kənddə çox sevildiyini söyləyib: "Kənddə qazılan bütün qəbirlərə öz töhfəsini verib. Hər kəsə kömək edib. Heç kimin qəlbini qırmayıb. Allah ona uzun ömür versin".

Seçilən
8
1
turanpress.com

2Mənbələr