AZ

"Legioner limitinin ləğv edilməsi bizim komanda üçün daha əlverişlidir"

"Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri Sportinfo.az-a açıqlama verib.

Rəhbər şəxs Premyer Liqada yeni mövsümdən legioner limitinin ləğv edilməsini şərh edib:

"Bu barədə nəsə deməyim düzgün olmaz. Buna rəhbərlik qərar verib. Biz də verilən qərara uyğun işimizi davam etdirəcəyik. Azərbaycan futbolu üçün xeyirli olsun".

"Qərardan sonra rəqabət aparmaq üçün imkanı zəif olan klublara çətin olmayacaq" sualına isə Nadiri belə reaksiya verib:

"Müəyyən güzəştlər tətbiq olunacaq. Yerli futbolçuları oynadan klublara əlavə pul veriləcək. Bu da bizim komanda üçün daha əlverişlidir. Ən azı oyunçuların əməkhaqqısını bununla təmin edə bilərik".

O, sonda bu qərarın yerli bazardakı transfer çalışmalarına hər hansı təsir etmədiyini sözlərinə əlavə edib:

"Yox, təsir etmir. İstədiyimiz yerlilərə dəvət göndəririk. Sadəcə bir çoxunun klubları ilə müqaviləsi var. Qış fasiləsində onları cəlb etmək o qədər də asan deyildi".

XANOĞLAN

Seçilən
4
sportinfo.az

1Mənbələr