AZ

HƏMAS fevralın 15-nə planlaşdırılan girovların azad edilməsini təxirə salıb

Bakı, 10 fevral, AZƏRTAC

Fələstinin HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı hərəkatın bəyanatına istinadla məlumat yayıb.

Qeyd edilib ki, bu qərar İsrail tərəfindən atəşkəs razılaşmasının pozulmasına görə verilib.

Bundan əvvəl Qəzza zolağında üç israilli girov azad edilib.

Seçilən
17
7
azertag.az

8Mənbələr