AZ

Əlillik pulunu kirayəyə verən Qaziyə mənzil nə üçün verilmir?— FOTOLAR

Vətən Mühariəsi iştirakçısı, qazi Arzu Əsədov kirayə evdə yaşayır. O, mənzillə təmin edilməsi üçün müraciət edib.

Demokrat.az bildirir ki, Gəncədə yaşayan qazi etikxeber.az-a açıqlamasında öz çətin şəraitindən danışıb.

Arzu Əsədov 2001-ci ilin sentyabr ayının 8-də Gəncə şəhərində dünyaya gəlib. Ailənin tək övladı olan Arzu anasını iki yaşında itirib. 2003-cü ildən də onunla hazırda birlikdə yaşayan ana nənəsi Afizə Əsədova Arzuya həm analıq, həm atalıq edib.

Arzu 2007-2018-ci illərdə Gəncədə tam orta məktəbdə oxuyub. Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra-2019-cu ilin oktyabr ayının 8-də həqiqi hərbi xidmətə yollanıb.

2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun əsgəri kimi Vətən Müharibəsinə, döyüşlərə atılıb.

Oktyabr ayının 10-da isə Hadrut istiqamətində qanlı döyüşlərdən birində ayağından-snayper gülləsindən ağır yaralanıb. Uzun müddət Bakı şəhərində müxtəlif xəstəxana və hospitallarda ağır müalicə və müayinələrdən keçib.

Səhhətinə görə 2022-ci ildə ona 3-cü qrup (beş illik) əlillik dərəcəsi verilib.  Müharibə veteranı, Qarabağ Qazisidir.

Ali Baş Komanndan təfərindən medallarla-“Xocavəndin azad olunmasına”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medallı ilə təltif olunub.

Arzu Əsədov ki, ana nənəsinin himayəsində və kirayələrdə yaşayır. Hələ də haqqı olan evlə, mənzillə təmin olunmayıb.

Bu gün maddi çətinliklər, sıxıntılar içində yaşayan qazinin səhhətində də problemlər qalmaqdadır.

2023-cü ilin dekabr ayında ailə həyatı quran Arzunun bir ay öncə Raul adlı oğlan övladı dünyaya gəlib.

Çox təəssüf ki, ötən illər ərzində Qazimiz ehtiyacı olan mənzillə təmin olunmayıb. Hər dəfə ona eyni vədlər verilir: Vaxtınız, növbəniz çatanda veriləcək, hələlik ev, mənzil yoxdur…

Ancaq Qazimizin səhhət durumu, yaşayış şəraiti elədir ki, o, təcili şəkildə evlə, mənzillə təmin olunmalıdır. Aldığı əlillik müavinəti onun kirayə pulunu güclə ödəyir.

Bir sözlə, Vətən yolunda sağlamlığını qurban vermiş Qazimiz maddi sıxıntı, çətinlik içindədir, ciddi maddi və mənəvi dəstəyə ehtiyacı var…

“Vallah, təzəcə dünyaya gəlmiş övladıma belə baxmağa imkanım çatmır. Çox ciddi çətinlik içindəyəm. Aldığım pul da kirayəyə gedir. Ev, mənzil məsələsində də get-gələ salınıram. Ona görə xahiş və rica edirəm ki, mənə dəstək olunsun, köməklik göstərilsin”-deyə, Qazimiz bildirib.

Seçilən
14
1
demokrat.az

2Mənbələr