AZ

Qərbi Balkan ölkələrinin XİN başçılarının görüşü keçirilib

Qərbi Balkan ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib.

İtaliyanın paytaxtı Romada Avropa İttifaqına (Aİ) üzv bəzi dövlətlərin və Qərbi Balkan ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin sədrlik etdiyi görüşdə Bosniya və Herseqovina, Monteneqro, Serbiya, Şimali Makedoniya, Albaniya və Kosovonun, eləcə də “Qərbi Balkan ölkələrinin dostları” Qrupunun (İtaliya, Avstriya, Xorvatiya, Yunanıstan, Çex Respublikası, Slovakiya və Sloveniya) XİN başçıları iştirak ediblər.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və Avrokomissiyanın genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Marta Kosun da iştirak etdiyi görüşdə Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiya prosesinə dair müzakirələr aparılıb. Həmçinin regionun təhlükəsizliyi və ölkələrin Aİ-yə inteqrasiyasının sürətləndirilməsi üçün cari il görüləcək işlər və gələcək prioritetlər nəzərdən keçirilib.

Qərbi Balkan regionunun sabitliyinin İtaliya hökuməti üçün prioritet olduğunu deyən Antonio Tayani qitənin təhlükəsizliyi üçün regionda sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

Seçilən
1
3
operativmedia.az

4Mənbələr