AZ

Super Liqa: “Trabzonspor” “Eyüpspor”u tək qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 23-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Bodrumspor” – “Göztəpə” matçında qapılara qol vurulmayıb. “Trabzonspor” isə doğma meydanda qarşılaşdığı “Eyüpspor”ü tək qolla məğlub edib.

Beləliklə, geridə qalmış 23 turdan sonra Super Liqanın yarış cədvəlinə 57 xala malik “Qalatasaray” liderlik edir. “Fənərbaxça” 54 xalla ikinci, “Samsunspor” 43 xalla üçüncü pillədə qərarlaşıb. “Eyüpsor” 39, “Göztəpə” və “Beşiktaş” 35, “Başakşəhər” 33, “Kasımpaşa” 31, “Trabzonspor” 29, “Alanyaspor” 28, “Rizəspor” 27 xal toplayıb.

Türkiyə, Super Liqa
23-cü tur
7 fevral

Samsunspor – Hatayspor 2:0
Qollar: Marius, 3. Z.Yavru, 7.

8 fevral

Kayserispor – Konyaspor 3:2
Qollar: Nazon, 14; 55. M.Kardozo, 23 – Aleksiç, 45+1. Kramer, 69.

Sivasspor – Beşiktaş 0:2
Qollar: E.Topçu, 43. J.Mario, 90+4-pen.

9 fevral

Kasımpaşa – Rizəspor 3:2
Qollar: K.Rodriqes, 26. Hayradinoviç, 45+8-pen. Da Kosta, 57 – S.Bolat, 30-öz qapısına. Sou, 80.

Alanyaspor – Fənərbağça 0:2
Qollar: Şimanski, 22. Taliska, 42.

Antalyaspor – Başakşəhər 0:0

Qalatasaray – Adana Dəmirspor matçı yarıda qalıb

10 fevral

Bodrumspor – Göztəpə 0:0

Trabzonspor – Eyüpspor 1:0
Qol: Lundstram, 59.

Seçilən
30
arena.az

1Mənbələr