AZ

Kəmalə Qaramollayeva: “Deyirlər ki, səni niyə söyən yoxdur?”

Ölkə.az xəbər verir ki, sevilən müğənni Kəmalə Qaramollayeva News24.az saytına müsahibə verib. 

-Kəmalə xanım, bir müddət səhnədən uzaqlaşmışdınız. Hazırda yenidən səhnəyə qayıtmısınız...

-Sözün düzü həmişə səhnədə olmuşam, ailə qurandan sonra övladım olmadı, başım ona qarışmışdı. Ona görə, fasilə vermişdim. Hazırda səhnədəyəm, peşakar fəaliyyətimi davam etdirirəm. Efirlərə gəlincə isə daimi olaraq müxtəlif verilişlərə dəvət alıram. Az-az görürsünüzsə deməli, efirlərə baxmırsınız (gülür).

-Toylarda görürük sizi, bu sizin peşakar fəaliyyətinizə mane olmur?

-Niyə mane olsun? Mən sənət üçün çalışıram, maksimum dərəcədə keyfiyyətli mahnılar yazdırıram. Mahnılarımdan birini Rəssam yazır, bundan başqa daha 2 mahnım dinləyicilərimin ixtiyarında olacaq. Toy mövzusuna gəldikdə, 18 nəfərlik peşəkar musiqiçilərdən ibarət ansamblım var. Ev sahibinin istəyinə olaraq sayı artıra da bilirik, bundan başqa yarım saatlıq dəvətlər də çox olur. El şənliklərində müntəzəm iştirak edirik. Toyda da insanların istəyinə uyğun mahnılar oxuyuruq. Hətta toyda məndən Bionsun ifalarından da istəyirlər. Toyda nə oxumalıyıq başqa? 

- Artıq sosial şəbəkələrdə aktivsiniz, bu enerji sizə hardan gəldi?

-Son zamanlar Rəssamın tövsiyəsi ilə Tiktok-da hesab açdım. Bu günə qədər mənim TikTok hesabım olmayıb. Ancaq məni sevən insanlarla sosial şəbəkədə bir araya gəlməyim olduqca xoş oldu. 2-3 günün içində 10 minə yaxın insan məni izləyir, canlı yayım zamanı qısa müddətdə minlərlə insan məni izləyir. Hətta deyirlər bu qız ev işləri də görə bilir? (gülür) 

Ötən gün gözəl bir yemək hazırladım izləyicilərimlə. İnşallah növbəti günlərdə daha maraqlı yeniliklər edəcəyik. 

Ən maraqlısı budur ki, dostlar zəng edib deyir ki, Kəmalə, səni bu platformada nə əcəb söyən yoxdur? 

Mən də deyirəm ki, sözün əsl mənasında gözəl izləyicilərim var. Nə edim? Deyim söysünlər?(gülür)

Zarafat bir yana, izləyicilərim də deyir ki, TikTok-da tək-tük insanlardansınız ki, sizə pis heç nə yazmırlar.

Həqiqətən, gözəl izləyicilərim var. Hər birinə təşəkkür edirəm. 

-Sosial şəbəkələrdə aktiv olmaq dövrün tələbinə çevrilib. Sanki, gec qoşuldunuz...

-Mən heç aktiv Yutub istifadəçisi olmamışam. Ümumi olaraq Yutuba mahnılarımı yükləməklə tamamlayırdım. Ancaq indi əksər mahnılar TikTok-dan sevilir. Bu gün əksəriyyət TikTok-dan istifadə edir. Hətta yaşlı valideynlərim də sosial şəbəkələrdən istifadə edirlər. Mənə uzun zamandır deyirdilər sosial şəbəkələrdə aktiv ol, ancaq qismət indiyə imiş. 

Seçilən
3
2
olke.az

3Mənbələr