AZ

Peres Ançelotti ilə bu futbolçuya görə mübahisə etdi

“Real Madrid”in prezidenti Florentino Pereslə baş məşqçi Karlo Ançelotti arasında baş verən mübahisənin detalları məlum olub. Metbuat.az xəbər verir ki, Peres Ançelottinin heyət seçimini bəyənmir.İspaniyanın “Relevo” nəşrinin məlumatına görə, Peres Modriçin vacib matçlarda heyətdə olmasına qarşıdır. Peres futbolçuya hörmət etdiyini bildirsə də, artıq onun əvvəlki kimi uğurlu oyun nümayiş etdirmədiyini irəli sürüb. Xəbərdə deyilir ki, Ançelotti isə hələ də Modriçi klub üçün vacib oyunçu hesab edir və ona daha çox oyun vaxtı vermək istəyir.

Qeyd edək ki, mövsümün fasiləsində yeni transfer etməyən Florentino Peresin məşqçilərdən istedadlı futbolçulara şans verməsini istəyib. LukaModriç bu mövsüm “Real”ın heyətində 34 oyunda 3 dəfə fərqlənib, 6 məhsuldar ötürmə edib.

Seçilən
1
6
metbuat.az

7Mənbələr