AZ

Röya canlı efirdə təpiklə səs verdi - Xalq artisindən qəribə hərəkətlər

Ajans.az xəbər verir ki, məşhur müğənni münsiflər üçün nəzərdə tutulmuş düyməyə ayağı ilə basaraq dəfələrlə təpikləyib və dodaqları ilə toxunaraq qeyri-adi davranışlar sərgiləyib.

Bu cür gözlənilməz hərəkətlər sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər Röyanın bu davranışlarını şouya rəng qatmaq cəhdi kimi qiymətləndirərək dəstəkləsələr də, digərləri bunu münsiflərin peşəkarlığına uyğun olmayan hərəkətlər kimi tənqid ediblər.

Qeyd edək ki, Röya Ayxan bu il ilk dəfə “Səs Azərbaycan” layihəsində münsif kimi iştirak edir. Onunla yanaşı, münsiflər heyətində Xalq artisti Zülfiyyə Xanbabayeva, Avroviziya qalibi Eldar Qasımov və müğənni-bəstəkar Murad Arif də yer alır.  

Röya Ayxanın bu cür qeyri-adi davranışları onun pərəstişkarları və tənqidçiləri arasında müxtəlif reaksiyalara səbəb olub və şounun izləyiciləri arasında geniş müzakirələrə yol açıb.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Seçilən
4
Ajans.az

1Mənbələr