AZ

"Qumar kralı" Yusif Şəkilinin əmlakları ilə bağlı ilginc iddia (FOTO

"Medalyon" və "Nuxa" restoranlarının sahibi Yusif Baqiyevin (Yusif Şəkili) xeyli sayda əmlakları üzə çıxıb. 

Hurriyyet.Az Qaynarinfo.Az-a istinadla xəbər verir ki, bu əmlakların bir qismi haqqında mediada yazılıb. Lakin bunlar Yusif Baqiyevin əmlaklarının kiçik bir hissəsidir. 

Redaksiyamıza daxil olan məlumata görə, Qala qəsəbəsi yaxınlığında xeyli sayda əmlakı var. Bunlardan bəzilərinin tikintisi tam başa çatmayıb.

İddia olunur ki, ümumiyyətlə Yusif Baqiyevin Xəzər rayonundakı əmlakları sahəsinə görə hətta "Sea Breez"dən də böyükdür. Bütün bunların isə qumar oyunlarından əldə edilən pullar hesabına inşa edildiyi bildirilir. 

Məlumat üçün deyək ki, Yusif Baqiyev yerli mediada "qumar kralı" kimi tanınır. Ona qarşı sürülən rəsmi ittihamlar da bu iddanın əsassız olmadığını göstərir. 

Yusif Baqiyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının  həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.

 

Seyid

 

 

 

 

 

 

Seçilən
14
10
hurriyyet.az

10Mənbələr