AZ

Müğənni Dəniz Əsədova AXTARIŞA VERİLDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Müğənni Dəniz Əsədova barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yenidən axtarış elan olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, müğənni Dəniz Əsədova təqsirləndirilən şəxs olduğu cinayət işi üzrə bu gün saat 15:30-a təyin edilmiş iclasda iştirak etməyib və məhkəmədən yayınıb.
Dəniz Əsədovanın məhkəmədən yayınmasına görə onun barəsində axtarış elan edilməsi ilə bağlı vəkil Asim Abbasovun vəsatəti təmin edilib. Məhkəmənin qərarı ilə Dəniz Əsədovanın barəsində axtarış elan edilib.
Qeyd edək ki, bundan əvvəl də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Dəniz Əsədovanın barəsində axtarış elan edilib.
Məlumata görə, Dəniz Əsədova daha əvvəl də dələduzluq və vətəndaşlara böhtan atdığı üçün Cinayət Məcəlləsinin 178-ci və digər maddələri ilə məhkum edilib.
Hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında Dəniz Əsədovanın təqsirləndirilən şəxs olduğu 4 ayrı-ayrı cinayət işi var.
Seçilən
69
49
oxu.az

10Mənbələr