AZ

Vladimir İliç Lenini “görmək” istəyənlərə bəd xəbər

Profilaktik təmir işləri ilə əlaqədar 2025-ci il fevralın 18-dən aprelin 14-dək ziyarətçilərin Lenin məqbərəsinə və Kreml divarı yaxınlığındakı nekropola girişi məhdudlaşdırılacaq.

Bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Vladimir İliç Leninin məqbərəsi Moskvanın Qırmızı Meydanında, Kreml divarının yaxınlığında yerləşir. 1924-cü ildən Leninin cəsədi bu yerdə xüsusi şüşə sarkofaqda saxlanılır. İlk məqbərə liderin ölümündən dərhal sonra, 1924-cü ilin yanvarında ağacdan tikilmişdir. İkinci taxta məqbərə isə həmin ilin may ayında meydana çıxıb. Üçüncü isə artıq daşdan hazırlanıb və 1930-cu ilin oktyabrında inşa olunub.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Vladimir Leninin cənazəsinin Mavzoleydən çıxarılması mövzusu çox həssasdır və nə vaxtsa cəmiyyətin buna münasibət bildirəcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
7
editor.az

1Mənbələr