AZ

Sərnişin təyyarədə hamını ayağa qaldırdı- Uçuş ləğv edildi

ABŞ-nin Oklend hava limanında təyyarədə böyük çaxnaşma yaşanıb. AzPost azxeber.com-a istinadən xəbər verir ki, psixoloji problemləri olduğu deyilən kişi qarşısında oturan qadın sərnişinin saçından yolaraq xaosa səbəb olub.

Hadisəyə ekipaj heyətinin və digər sərnişinlərin müdaxilə etdiyi, aqressiv sərnişinin zərərsizləşdirildiyi bildirilib.

Alyaska Hava Yolları açıqlamasında hadisənin ciddi tibbi tutma kimi qiymətləndirildiyini və qaydanı pozan sərnişinin bütün uçuşlara qadağa qoyulduğunu qeyd edilib.

Hadisə şahidlərinin sözlərinə görə, hücum edən sərnişin hadisədən əvvəl 5 müxtəlif narkotik istifadə edibmiş.

Təsirə məruz qalan ekipaj üzvləri uçuşu davam etdirməkdən imtina edib və əvəzedicisi tapılmadığı üçün geri uçuş ləğv edilib.

Polis tərəfindən saxlanılan aqressiv sərnişinlə bağlı araşdırmalara başlanılıb.

Bizi İnstagramda izləyin!

Seçilən
21
5
azpost.info

6Mənbələr