AZ

Qərbi Azərbaycan Xronikası: Mxitaristlər ermənilərin keçmişinə dair saxta tarix yazıblar

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi tarix elmləri doktoru, professor Qasım Hacıyev olub.

Tarixçi-alim qeyd edib ki, Manna, Midiya, Atropatena, Albaniya, Sacilər, Salarilər, Rəvvadilər, Qaraqoyunlu, Ağqoyunlu dövlətləri, Səfəvilər, Əfşarlar imperiyaları, eləcə də xanlıqlar dönəmində ermənilərin bu coğrafiyada dövləti olmayıb.

Professor Q.Hacıyev deyib ki, ermənilər Əhəmənilər imperiyası dövründə Dəclə və Fərat çayları vadisində kiçik bir satraplıqda məskunlaşıblar. Ümumiyyətlə, ermənilərin Cənubi Qafqaza dair qədim tarixi və mədəniyyəti yoxdur. Ermənilərin bu coğrafiyaya XIX əsrin əvvəlində Çar Rusiyası tərəfindən köçürülməsi inkarolunmaz faktdır.

Professorun sözlərinə görə, ermənilərin keçmişinə dair vaxtilə mxitaristlərin saxta tarix uydurma prosesi sovet hakimiyyəti illərində bir sıra “alimlər” tərəfindən davam etdirilib, Cənubi Qafqazdakı xristian abidələrinin, o cümlədən Alban kilsələrinin özününküləşdirilməsinə başlanılıb. Lakin müəyyən zaman keçəndən sonra bəzi erməni alimləri bu saxta tarixi özləri inkar və ifşa ediblər. Hətta ermənipərəst alim kimi tanınan sovet arxeoloq və şərqşünası, akademik Boris Piotrovski elmi məqalələrində hayları ifşa edib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Seçilən
3
3
far.az

4Mənbələr