AZ

“Hər şey fkirləşib deyilsə, daha yaxşı olar” – Misir Mərdanov

“Realist olmaq lazımdır – PISA 2029 reytinqində Azərbaycanın ilk beşliyə düşməsi texniki cəhətdən mümkün deyil, biz bunu ictimaiyyətə də anlatmağa çalışırıq”.

NOCOMMENT.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib.

Nazir qeyd edib ki, hazırkı vəziyyət ondan qaynaqlanır ki, 20 il əvvəl təhsil sahəsində yol verilən problemlər uzun müddət cəmiyyət tərəfindən səssiz qarşılandı:

“O vaxt keyfiyyətsiz müəllimlərin işə qəbuluna, diplomların qeyri-qanuni yolla əldə edilməsinə göz yumuldu. Bu gün isə həmin səhvlərin nəticəsini görürük”.

1998-2013-cü illərdə təhsil naziri olmuş, hazırda Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun rəhbəri, professor Misir Mərdanov nazirin səsləndirdiyi bu fikirlərlə bağlı “Cebheinfo.az”-a açıqlamasında bunları deyib: “Mən nazirliyin əməkdaşıyam, işçisiyəm, nazirin sözünə qarşı bir şey deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, hər şey deyəndə hesablayıb, fkirləşib deyilsə, daha yaxşı olar”.

Seçilən
23
6
nocomment.az

10Mənbələr