AZ

Yaralanan rus əsgərləri müalicə üçün Şimali Koreyaya göndərilir…

...Moskvanın Pxenyandakı səfiri Aleksandr Matseqora bildirib ki, Şimali Koreya Ukraynada yaralanan rus əsgərlərinin müalicəsində Rusiyaya fəal şəkildə kömək edir. Onun sözlərinə görə, respublika rusları həmişəçox pozitiv, dostcasınaqəbul edib və son illərdə bu, daha ​​nəzərə çarpan olub.

…Bu cür qardaşlıq münasibətinin bariz nümunəsi yüzlərlə yaralı xüsusi hərbi əməliyyat döyüşçüsünün Şimalı Koreyanın sanatoriya və xəstəxanalarında reabilitasiyasıdır.

SİA-nın məlumatına görə, Matseqora bunu “Rossiyskaya qazeta”ya müsahibəsində deyib.

Onun fikrincə, bu,ümumi tarix vəmilli xarakterlərin xüsusiyyətləriilə bağlıdır.

Matseqora iddia edir ki, Şimali Koreyalılar hər yerdə ruslarıgülümsəyərək salamlayır, rusca danışmağa çalışıb, köməkliklərini təklif edirlər.

Məsələn, əsgərlərin reabilitasiyası ilə yanaşı, 2023-cü ilin yayında Yapon dənizi sahilindəki “Sondovon” Uşaq Düşərgəsi həlak olmuş əsgərlərin uşaqlarını müalicə, qulluq və qida ilətamamilə pulsuztəmin etdib. Və biz dostlarımıza xərclərinin heç olmasa bir hissəsini kompensasiya etməyi təklif etdikdə, onlar ürəkdən inciyiblər və bizdən bunu bir daha etməməyimizi xahiş ediblər(?).

Bunu da Matseqora deyib.

Xatırladaq ki, keçən ilin iyun ayında Vladimir Putin və Kim Çen In hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıblar ki, bu da faktiki olaraq hərbi ittifaqı nəzərdə tutur.

Bundan sonra 12 minə qədər Şimali Koreya əsgəri Rusiyaya göndərilib və rus ordusuna Ukraynaya qarşı döyüşməyə kömək etməyə başlayıb.

Onlardan əsasən Kursk bölgəsindəki döyüşlərdə istifadə edilir.

Bu arada Cənubi Koreya kəşfiyyatı bildirib ki, Moskva Pxenyana hər əsgər üçün 2000 dollar ödəyir ki, bu da Şimali Koreya vətəndaşının illik 83 maaşına bərabərdir.

Əli Babayev

Seçilən
10
sia.az

1Mənbələr