HƏMAS fevralın 15-də ölkəsinə dönməli olan Qəzza zolağında saxlanılan yeni girov qrupunun azad edilməsini təxirə salıb.
SeherXeber.org xəbər verir ki, bu açıqlama ilə HƏMAS-ın hərbi qanadı - İzzəddin əl-Qəssam Briqadalarının nümayəndəsi Əbu Ubeydə çıxış edib.
“Son üç həftə ərzində biz düşmən tərəfindən sövdələşmənin mütəmadi olaraq pozulması hallarını müşahidə etmişik. Bununla əlaqədar fevralın 15-də azad edilməli olan girovların azadlığa buraxılmasını növbəti bildirişə qədər təxirə salmaq qərarına gəldik. İsrail sazişin normalarına riayət etməli və son həftələrdə vurduğu zərəri geriyə qaytarmalıdır”, - o, teleqram kanalında yazıb.